Pakistan münaqişə ilə bağlı Azərbaycanın istənilən addımını dəstəkləyəcək – RƏSMİ

Pakistan-Azərbaycan əlaqələri, münasibətləri ən yüksək səviyyədədir. Bu münasibətlər, əlaqələr dünyaya nümunə ola bilər.

Etikxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında pakistanlı deputat, həmin ölkənin Parlamentlərarası İttifaqdakı (PAİ) nümayəndə heyətinin rəhbəri Şazeb Durrani deyib.

Durrani eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və onu uzu illərdən işğal altında saxlamasını qəbul etmədiklərini vurğulayıb:

“Biz Pakistan dövləti, Pakistan xalqı olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyirik. Bildiyiniz kimi də məhz bu səbədən bizim bu günə qədər Ermənistanla heç bir siyasi-diplomatik əlaqələrimiz, münasibətlərimiz  yoxdur. Bu münasibətlər yalınız Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən, Ermənistan qoşunları tərəfindən boşaldılmasından  sonra yarana bilər. Biz münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən çıxış edərək, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını tərk etməsini və Azərbaycanın bir milyona yaxın qaçqın və məcburu köçkününün öz evlərinə dönməsini istəyirik”.

SAZİP

Durranı ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu da sözlərinə əlavə edib.

“Biz münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlll edilməsinin tərəfdarıyıq. Ancaq istənilən halda biz  Azərbaycanın yanındayıq və Azərbaycanın münaqişənin həlli yönündə  atacağı bütün addımlarda hər zaman onu dəstəkləyəcəyik. Ermənistana da  bir daha çağırış edirik ki, qısa bir müddətdə  BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə, tələblərinə əməl, Azərbaycan torpaqlarını azad, tərk etsinlər, qaçqın və məcburi köçkünlər öz evlərinə dönsünlər. Bir sözlə, biz hər zaman Azərbaycanı dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”-deyə, o, sonda bildirib.

Etikxeber.az

 

Read Previous

Gürcüstanın bayramı Azərbaycanın bayramıdır – OQTAY ƏSƏDOV

Read Next

Yol polisindən sürücülərə – XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir