Parlament dünya ölkələrinin parlamentlərinə Xocalı ilə bağlı müraciət edəcək- BİRİNCİ VİTSE-SPİKER

“Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Milli Məclisi dünya ölkələrinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki,  artıq neçə illərdir  Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilir.
“Bildiyiniz kimi, Milli Məclis Xocalı soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Eyni zamanda, Milli Məclis hər il Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bəyanat qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.
Etikxeber.az

Read Previous

“Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur” – BAHAR MURADOVA

Read Next

“Ermənilər “referendum” keçirməklə “biz də varıq” demək istəyirlər” – ƏSGƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir