Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oqtay Əsədov: “Sessiyaya yüksək əhval-ruhiyyə ilə başlayırıq, çünki…”
Milli Məclisin (MM) 2016-ci il payız sessiyası öz işinə başlayıb. Sessiya dövlət himnin oxunması ilə ilk iclasını açıq elan edib.
Etikxeber.az-ın məlumatına görə, spiker Oqtay Əsədov qeyd edib ki, bugünkü sessiyaya yüksək əhval-ruhiyyə ilə başlanılır: “Çünki bu günlərdə ölkədə əlamətdar siyasi hadisə baş verdi. Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum səsverməyə çıxarıldı. Referendum demokratik və ədalətli şəkildə keçirildi”. Spiker əlavə edib ki, MM-in ötən sessiyadakı fəaliyyətinə gəlincə isə, bu müddət ərzində 15 iclas keçirilib, 196 qanun və qərar layihəsi qəbul edilib: “33 ölkəyə 85 səfər təşkil edilib. Millət vəkilləri bir sıra ölkələrdə keçirilən parlament , prezident seçkilərində iştirak ediblər”.
“Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm…”
Millət vəkili Məlahət İbrahimqızı çıxışı zamanı I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələni qaldırıb. Millət vəkili qeyd edib ki, bu qrupa daxil olan tələbələr təhsil haqqından azad edilsələr, yaxşı olardı : “Nəsimi rayonunda iki belə tələbə var. Onlar yüksək bal yığıb universitetə daxil olublar, ancaq pullu ixtisasa düşüblər. Amma ödəməyə imkanları yoxdur. Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm”.
Spiker də qeyd edib ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulub, amma məsələ bir daha araşdırılacaq.
“Bakı Dövlət, Mədəniyyət və İncəsənət Universitetlərinin tələbələri…”
Millət vəkili Qənirə Paşayeva da həmkarının fikirlərini təsdiqləyib. Qeyd edib ki, əgər bu ödəniş haqqı ləğv olunubsa, o zaman universitetlər buna əməl etmir: “ Çünki bu yaxınlarda bir neçə universitetdən tələbə mənim yanıma gələrək onlardan təhsil haqqı tələb edildiyini bildirdi. Bunlar Bakı Dövlət, Mədəniyyət və İncəsənət Universitetlərinin tələbələri idilər”.
Nuri Paşanın adını artıq əbədiləşdirilməliyik
“Bakının işğaldan azad edilməsi ilə bağlı tarixi günü artıq bayram kimi qeyd etməyə başlamalıyıq”. Bu təkliflə isə millət vəkili Fazil Mustafa çıxış edib. O, qeyd edib ki, artıq Nuri Paşanın adının əbədiləşdirilməsinə çalışmalııyıq: “ Azərbaycanın xilas edən adamın adına heç bir küçə də yoxdur. Mustafa Sübhi adlı kommunistin, Azərbaycana dəxli olmayan bir adamın adına isə küçə var. Biz Nuri Paşanın adını da artıq əbədiləşdirilməliyik”.
“Müstəqilliyin 25 illiyi münasibətilə parlamentin xüsusi iclasları ADR-in ilk paytaxtı olan Gəncədən başlamaqla keçirilsin”
Millət vəkili Aydın Mirzəzadə öz növbəsində müstəqilliyin 25 illiyi münasibətilə parlamentin xüsusi iclaslarının ADR-in ilk paytaxtı olan Gəncədən başlamaqla Naxçıvanda, Mingəçevirdə, Şamaxıda keçirilməklə bağlı təklif irəli sürüb.
Etikxeber.az