“Məndən əvvəlki və sonrakı baş nazirlər türk kökənli olublar” – MALAZİYANIN 94 YAŞLI BAŞ NAZİRİ

Türkiyədə rəsmi səfərdə olan Malaziyanın əfsanəvi baş  naziri Mahathir Məhəmməd Türkiyənin “Cümhuriyyət”  medalı ilə təltif olunub.

Etikxeber.az-ın xəbərinə görə, medal 94 yaşlı baş nazirə iki dövlət liderinin indilərdə birgə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  tərəfindən təqdim olunub.

Belə bir yüksək mükafatla təltif olunmasından məmnunluğunu bildirən Malaziyanın baş naziri Türkiyəni ən yaxşı dost ölkə adlandırıb.

malayyy-1

O, xatırladıb ki, rəhbəri olduğu partiyanın qurucusu türk kökənli malaziyalı olub:

“Eyni zamanda, məndən əvvəliki və məndən sonrakı rəhbərlər, baş nazirlər də türk kökənli olublar. Türkiyə çox yaxşı dost ölkədir. Hesab edirəm ki, bu səfər və görüş iki ölkə və xalq arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”.

R. T. Ərdoğan isə Türkiyə-Malaziya-Pakistan üçlüyünün əhəmiyyətini vurğulayıb və bu formatda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bəyan edib.

Etikxeber.az

Read Previous

İtkin pilot Əliyevin müşavirinin, İsa Qəmbərin eks müavininin kürəkənidir – MÜDAFİƏ NAZİRİ ƏMƏLİYYAT QƏRARGAHINA GƏLDİ – YENİLƏNİB

Read Next

“Tanınmışlara Gürcüstana giriş yasağı qoyulub…” – Deputatdan Məmmədyarova – TƏNQİD VƏ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir