Piranın yeganə İkinci Vətən Müharibəsi Şəhidi-GİZİR VİDADİ CABBAROVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 27 YAŞI TAMAM OLUR…

Lerik rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vidadi Cəbrayıl oğlu Cabbarovun doğum günüdür.

Bu gün Vidadi Cabbarovun 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı və atası tərəfindən Piran kəndində tikdirilmiş “Şəhidlər” xatirə kompleksi ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik ediləcək.

Ziyarətdən sonra Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənəcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar olunacaq.

Etikxeber.az xəbər verir ki, Vidadi Cabbarov 1997-ci ilin mart ayının 28-də Lerik rayonunun Piran kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından, iki qardaşdan biri və subay olub.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra bir müddət rayondakı müəssisələrdən birində işləyib.

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb, “Gizirlik” kursunu oxuyub, Gizir hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Giziri kimi iştirak edib.

Şərəfli döyüş yolu 24 gün çəkib və və oktyabr ayının 20-də Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra-21 oktyabr tarixində Piran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Vidadi eyni zamanda, Piran kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra 4 medalla təltif edilib, amma valideynləri övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 27 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək, subay və ali təhsilli oğlu, 25 yaşlı, İkinci Vətən Müharibəsi iştirakçısı, Qazi-GORANBOYLU KƏNAN SƏMƏDZADƏNİN SƏHHƏTİNDƏKİ CİDDİ PROBLEMLƏR DAVAM ETMƏKDƏDİR, MÜALİCƏSİNİ DAVAM ETDİRMƏSİ ÜÇÜN DÖVLƏT SƏVİYYƏSİNDƏ CİDDİ MALİYYƏ DƏSTƏYİ LAZIMDIR… – FOTOLAR

Read Next

“Hər dəfə evlənməkdən, ailə qurmaqdan söhbət düşəndə, “ana, 30 yaşımda bu barədə fikirləşərəm…”-deyərdi…”-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ, 33 YAŞI TAMAM OLAN, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, 3 MEDALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN QƏHRƏMANOVUN ANASI ARZU QƏHRƏMANOVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir