Prezident Generalı Madagiz Qələbəsi münasibəti ilə təbrik-HİKMƏT HƏSƏNOV İSƏ ALİ BAŞ KOMANDANI ƏMİN ETDİ…

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Etikxeber.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti bir az öncə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Prezident H. Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

Etikxeber.az

Read Previous

“Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”-İLHAM ƏLİYEV PAYLAŞIM ETDİ – MADAGİZİN SUQOVUŞAN ADLANDIRILMASI İLƏ BAĞLI QƏRAR VERDİ – YENİLƏNİB

Read Next

“Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsidir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir…Bu dəstəyə görə Sizə və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm…”-İLHAM ƏLİYEV ƏRDOĞANA MƏKTUB GÖNDƏRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir