Prezident İTV-yə maliyyə yardımı-AYIRDI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 avronun manat ekvivalentində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Etikxeber.az

Read Previous

Bakıda mopedləri oğurlayan dəstə üzvləri-TUTULDU – FOTO

Read Next

Hərbi həkimlərimiz Kahramanmaraşda 98 nəfərə yardım göstərib, 10 nəfəri əməliyyat ediblər-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir