Prezident məcburi köçkünlərlə bağlı sərəncam imzaladı

Ölkə Prezidenti İlham Əliyev “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə  Sərəncam imzalayıb.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 790; 2011, № 12, maddə 1208; 2013, № 8, maddə 959; 2016, № 1, maddə 115) 1-ci hissəsi ləğv edilsin.

Etikxeber.az

Read Previous

Prezident Nişani və Veyonislə də görüşdü- FOTOLAR

Read Next

Əfv sərəncamı verildi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir