“Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan dünyanın sabitlik, təhlükəsizlik məkanıdır” – ELDƏNİZ SƏLİMOV

“Azərbaycan Respublikasının regionların 2014-2018 cı illərdə sosiyal iqtisadi inkişafı dövlət proqramı”nın icrası ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyevin sədrliyilə keçirilən konfransda qeyd olunduğu kimi, istər son 5 il, istərsə də ümumən, axır 15 il ərzində regionlarda xeyli böyük, ölçüyəgəlməz işlər görülüb. Çünki öllkə rəhbərinin iqtisadiyyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydan açılıb. Kənd təsərüfatının inkişafına xüsusi diqqət ayrılıb ki, bu sahə torpaq vergisindən başqa digər vergilərdən azad olunub. Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərüfatının müxtəlif sahələri inkişaf etdirilib və etdirilməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

YEKUNNNN-1

eldeniz-eldeniz

4 il-yekun

O, həmçinin, təmsilçisi olduğu Xaçmaz bölgəsində taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün əlverişli şərait olduğundan bu sahələrin inkişafı naminə dövlətimiz tərəfindən sahibkarlar üçün tam münbit şərait yaradıldığını, ümumiyyətlə, Xaçmzanın simasının dəyişdiyini, gözəlləşdiyini, ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrildiyini qeyd edib.

“İstehsal olunan məhsulların saxlanılması üçün böyük miqyaslı soyuducu anbarları tikilib, istismara verilib. Regionumzda Aqropark yaradılıb və böyük nəticələr əldə edilib. İstehsal olunmuş məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı “Yaşıl dəhliz” mexanizimi ilə həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, insanların qazancı ildən-ilə artmağa davam edir. Gəlir artdıqca, insanlar digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində 32 faiz artım olub“-deyən, deputat qeyd edib ki, ümumiyyətlə, 2004–2018-ci illər ərzində ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

“Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.  Bir sözlə, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edilib, beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirilib, qarşıya qoyulan bütün vəzifələr icra olunub və ən əsası, ölkə prezidentinin də bəyan etdiyi kimi, artıq Azərbaycan  dünyanın sabitlik, təhlükəsizlik məkanıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Aparıcı klublar “Monako”nun yarımmüdafiəçisi heyətinə qatmaq üçün mübarizə aparır…

Read Next

Bakı sakinini döyərək mobil telefonunu və qol saatını almaqda şübhəli bilinən 3 nəfərdən 2-si saxlanıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir