Prezidentlər danışıqlar prosesinin fəallaşdırılmasından danışdılar…

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.

Etikxeber.az

Read Previous

“Lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki…” – HİKMƏT BABAOĞLU

Read Next

Əlcəzairin 82 yaşlı prezidenti istefa verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir