“Problem uzandıqca itirən dövlətimiz, büdcəmiz olur…”-BƏHRUZ MƏHƏRRƏMOV NÖVBƏTİ DƏFƏ SU QITLIĞI MƏSƏLƏSİNİ QALDIRDI VƏ…

Biləsuvar rayonun bir sıra kəndlərində içməli və suvarma suyu təminatında kritik problem davam edir. Bəli, qəbul etməliyik ki, problemin kökündə qlobal quraqlıq dayanır və qonşu rayonlarda da eyni vəziyyət hökm sürür. Lakin o da gizli deyil ki, Biləsuvarda bütün payız və qış boyu Cənub Muğan kanalı və Bolqarçay boş-boşuna axıb. Bu məsələ tərəfimdən Parlamentin iclaslarında, Hökumətin hesabatlarında, habelə, məktubla dəfələrlə qaldırılıb, eləcə də yerli rəhbərliyin problemlə bağlı bir neçə müraciəti olub.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov qeyd edib.

“Əlbəttə, ölkədə su mənbələri artmır, lakin, ən azından mövcud mənbələrin səmərəli istifadəsini təşkil edə bilərik və cənab Prezidentin də mövqeyi bu istiqamətdədir. İndi, hökumət strukturları məsələyə xüsusi diqqət yetirməlidir ki, 30 ildir davam edən problemi bundan sonra da ildən-ilə ötürməyək.

Konkret Biləsuvara gəlincə əminliklə də demək olar ki, nə qədər ki, məsələ köklü həllini tapmayıb, yəni, Bolqarçay su anbarı təmir olunmayıb, nə qədər ki, rayona əlavə içməli su xətti çəkilməyib yay aylarında susuzluq yaşanmaqda davam edəcək. Nəzərə alaq ki, Biləsuvar əhalisi ən çətin dövrlərdə belə dövlətə inam və sədaqətini itirməyib, bu gün də camaatın milli dövlətçilik ruhu möhkəmdir”-deyən millət vəkilinin sözlərinə görə, indi bu insanlar, sadəcə, içməyə və əkinini sulamağa su xahiş edir və elə etməliyik ki, insanlar dolanışıqla sınağa çəkilməsin, hansısa antimilli qüvvə isə insanların çətinliyindən siyasi məqsədlə istifadə etməsin.

“Unutmayaq ki, problem uzandıqca itirən dövlətimiz, büdcəmiz olur. Hər il subsidiyalar ayrılır, lakin, susuzluq üzündən məhsul məhv olur, nəticədə, həm vəsait itiririk, həm istehsal və ixrac potensialımıza zərbə dəyir, həm də sosial problemlər ortaya çıxır”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yoluxmada azalma-615 nəfər – ÖLÜM SAYINDA ARTIM – 5 NƏFƏR

Read Next

Ceyhun Bayramovla Aİ-nin xüsusi nümayəndəsi arasında telefon danışığı-OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir