Pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası açıqlandı

Bu məsələnin yer aldığı “Psixoloji yardım haqqında” qanun layihəsi də ilkin müzakirələrdən keçirildi

Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırlanıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin (MM) Səhiyyə komitəsinin oktyabrın keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri göstərilir.

Qeyd edək ki, qanun layihəsində Azərbaycanda pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası da açıqlanıb.  Belə ki qanun layihəsinin 6-cı maddəsində göstərilir ki, məktəbəqədər və orta təhsil müəssisəsində təhsil alanlar, tutulmuş və həbs edilmiş şəxslər, keçmiş məhbuslar, fövqəladə hallar zamanı zərər çəkmiş şəxslər və ailə üzvləri, fövqəladə halların nəticələrini aradan qaldırılmasında iştirak edən, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan, əlilliyi olan şəxslər pulsuz psixoloji yardım alacaqlar.

Layihə birinci oxunuşda MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Əli və Nino” filmi Los- Ancelesdə nümayiş etdirilib

Read Next

Prezident V Qlobal Bakı Forumuna dəvət olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir