Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Etikxeber.az məlumat verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.
Bildirilib ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.
Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
***
“Sualın qoyulmasının özü qəbuledilməzdir”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsinə münasibət bildirərkən deyib.
“Biz bu məhkəmənin yurisdiksiyasını tanımırıq, onun hər hansı qərarı hüquq baxımından etibarsızdır”-deyə, Kremlin sözçüsü vurğulayıb.
***
“Putin qarşı hər hansı hücüm Rusiyaya qarşı təcavüz deməkdir”.
Bunu isə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) Rusiya Prezidenti Vladimir Putinin barəsində həbs orderi çıxarmasına münasibət bildirərkən deyib.
“Rusiya Federasiyasının prezidentinə hər hansı hücumu ölkəmizə qarşı təcavüz kimi qiymətləndiririk”-deyə, Volodin qeyd edib.
Etikxeber.az