“Putinin hesaba almadığı gedişat ola bilər ki…”-POLİTOLOQ

Ukraynanın işğala qarşı müqaviməti genişləndikcə Rusiya ordusu azğınlaşacaq, mülki əhali arasında itkilər artacaq. İndinin özündə də işğalçılar hara gəldi atəş açırlar, ölənlər arasında soydaşlarımız da var. Türkiyənin köşə yazarlarından biri Putinin hazırki halını doğru xarakterizə edib:

“Putin əvvəllər siyasi gedişlərində şahmat oynayırdı, addımlarını ölçüb-biçərdi, indi isə zər atmağa başlayıb, “sonunu düşünən qəhrəman olmaz” deyib məhəllə uşağı kimi nəticəsini hesablamadığı oyuna girişib”.

Vladimir Putin 3 slavyan xalqını düşmən etməklə kifayətlənməyib çeçenləri də ukraynalılarla düşmən etmək fikirinə düşüb.

Etikxeber.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Putinin Çeçenistandakı canişini Ramzan Kadırov (yerli gəlmişkən bu şəxsin bundan sonra Azərbaycana girşinə qeyri-rəsmi qadağa qoyulmalı, onunla bütün təmaslardan imtina edilməlidir) şəxsi batalyonunu Kreml sahibinin əmri ilə ukraynalıları öldürmək üçün işğala şərik edib. Putin bu yolla millətçi ukraynalılardan və çeçenlərdən intiqamını alımış olur. 1990-cı illərin əvvəllərində millətçi ukraynalılar çeçen mücahidlərlə çiyin-çiyinə Rusiya ordusuna qarşı savaşırdılar. Putin bunu unutmadı və indi vaxtilə bir-birinə dəstək verən iki xaqlı qəsdən üz-üzə qoyub”-deyən politoloqun sözlərinə görə, ancaq Putinin hesaba almadığı gedişat ola bilər.

“Ukrayna ordusuna qoşulmaq istəyən çeçenlər də var. Onların bir qismi Ukraynada, digərləri Avropada yaşayırlar. Çeçen mücahidlərinin mühacirətdəki lideri Əhməd Zakayev Zelenskiyə hərbi əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib. Zakayev Çeçenistanı məcburi tərk etmiş çeçen könüllülərin Rusiyaya qarşı vuruşa biləcəklərini bildirib. Yəni, Ukraynada çeçenlər çeçenlərlə savaşacaq. Bu da ayrı dərdə çevriləcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Soydaşlarımızın olduğu maşın karvanı atəşə tutuldu, 3 nəfər öldü-ODESSADA

Read Next

Xarkovda azərbaycanlı tələbə-ÖLDÜRÜLDÜ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir