Putinlə Əliyev arasında yenidən-TELEFON ZƏNGİ OLDU…

Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib.

Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb.

Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.

Etikxeber.az

Read Previous

“Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və…”-İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini “Dostluq” ordeni ilə-TƏLTİF ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Bozkır-AZƏRBAYCANDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir