Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qəbələ” futbol klubunun əvəzedicilərdən ibarət komandası 2016-2017-ci il mövsümünün ikinci yarısına hazırlığı davam etdirir.
Klubdan Etikxeber.az-a bildiriblər ki, yanvarın 5-də Qəbələdə bir araya gələn Hüseynqulu Quliyevin yetirmələri məşqlərini şəhər stadionunda gerçəkləşdirir. Əvəzedicilər hazırlıq prosesinin Qəbələdə keçirilən birinci mərhələsində yoxlama oyununda da qüvvələrini sınayıb. Komanda birinci divizion təmsilçisi “Ağsu” ilə görüşüb. Tural Məmmədrzayevin hesabı açdığı qarşılaşma heç-heçə nəticələnib – 1:1.
Əvəzedicilərin Qəbələdə keçirilən təlim-məşq toplanışı yanvarın 13-də başa çatacaq. Ertəsi gün komanda Antalyaya yollanacaq. Komandamız Antalyada üç yoxlama matçında qüvvəsini sınayacaq. Bu matçlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Rəqiblərdən birincisi artıq dəqiqləşib. “Qəbələ” Albaniyanın “Partizani” klubunun əsas komandası ilə görüşəcək. On beş dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.
Etikxeber.az