“Qəbələ”–“Maynts” görüşünü hansı hakimlər briqadası idarə edəcək?

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qəbələ”–“Maynts” oyununun hakimləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, UEFA bu qarşılaşmanı litvalı hakimlər briqadasına həvalə edib.

Oyunun baş hakimi Gediminas Majeyka olacaq. Ona Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergeyus Sliva və Yuri Paskovski olacaq.

Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Eugene Vesterink gələcək.

Qeyd edək ki, “Qəbələ”–“Maynts” qarşılaşması sentyabrın 29-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək.

Etikxeber.az

Read Previous

Avropa İttifaqının Regional Komitəsinin müşahidə qrupu: “Səsvermə prosesi dinc şəraitdə keçdi”

Read Next

Dövlət Neft Fondu 20 banka 70,2 milyon dollar satdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir