“Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır”-XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ

Qərbi Azərbaycana qayıdış məsələsinin məhz indiki zamanda qaldırılması Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıq kontekstini ehtiva edir və yerinə düşür.

Etikxeber.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

Bildirib ki, bu qayıdış uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir:

“Bu məsələdə populizmə yol vermək olmaz, bu məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Qərbi Azərbaycan icmasının potensialı çox böyükdür. Bu potensial imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək. Konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə zorla öz yurdlarından qovulan vətəndaşlarımızın hüquqlarının bərpası öz əksini tapıb”.

Sonra “Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır”-deyən X. Xələfov qeyd edib ki, Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirməlidir.

“Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir. Bu, xalqımız üçün bir humanitar faciədir. Bu baxımdan icmanın üzərinə çox böyük məsuliyyət düşür. Digər tərəfdən, Azərbaycan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan məsələsini bir xarici siyasət məsələsi kimi aparması çox incə məsələdir. Bu, asan məsələ deyil. Elə məsələlər var ki, o, ictimai məsələdir və cəmiyyətin üzərinə düşür”-deyə, Xələf Xələfov vurğulayıb.

Etikxeber.az

Read Previous

BÖYÜK QAYIDIŞ: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR QURUCULUQ VƏ DİRÇƏLİŞ YOLUNDA-Ziyad Səmədzadə yazır – (Birinci hissə)

Read Next

Hava buludlu və küləkli olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir