“Qarabağ” qalib gəldi, “Neftçi” – HEÇ-HEÇƏ ETDİ – FOTO – YENİLƏNİB – (2)

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

***

Qurban Qurbanovun yetirmələri Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib.

Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.

Matçın baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumu da “Qarabağ”ın texnikalı futbolçularının öz oyununu diqtə etməsinə mane olmayıb. Lakin təmsilçimiz bu üstünlüyü yalnız bir dəfə qola çevirə bilib. İlk hissənin ortalarında Xayme Romero qonaqların qapısına yol tapıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.

Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
20:00. “Qarabağ” – “Aberdin” (Şotlandiya) – 1:0
Qol: 
Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov
“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidin, 5. Deklan Qallaher, 8. Skott Braun, 16. Funso Ojo, 19. Luis Ferqyuson, 14. Cey Emmanuel-Tomas, 22. Kelvin Remsi, 9. Kristian Ramirez
Ehtiyat oyunçular: 25. Hari Vuds, 30. Tom Ritçi, 21. Cek Qurr, , 31. Kyeran Nqvenya, 35. Meyson Hankok, 15. Dilan Makqouç, 17. Conni Hayes, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 24. Din Kempbell, 10. Neyl Makqin
Baş məşqçi: Stiven Qlass.

Tofiq Bəhramov adına Respublika stadionu

***

Azərbaycan çempionu “Neftçi” Konfrans Liqasında debüt edib.

Çempionlar Liqası və Avropa Liqası ilə vidalaşan Bakı təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirinə pley-offdan başlayıb.

***

Samir Abasovun yetirmələri Hayfa “Makkabi”si ilə ilk görüşü evdə keçirib.

İsrail çempionu ilə qarşılaşma uğursuz başlayıb.

Rəqibin zərbəsindən sonra Voislav Stankoviçə çarpan top erkən qola səbəb olub. Məğlub duruma düşməsinə baxmayaraq, sonadək mübarizə aparan “Neftçi” oyunda dönüş yaratmağa müvəffəq olub.

Fasilədən sonra Yusuf Laval səhnəyə çıxıb. İki qol vuran legioner bakılıları hesabda önə çıxarıb. Onun assistini qola çevirən Emin Mahmudov fərqi artırıb.

Amma bakılılar azlıqda qaldıqdan sonra üstünlüyü əldən verib. İki qol vuran israillilər 3:3 hesablı sülhə nail olub.

Qeyd edək ki, “Neftçi” avqustun 26-da İsraildə “Makkabi”nin qonağı olacaq.

Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
21:00. “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) – 3:3
Qollar: 
Yusuf Laval, 50, 66, Emin Mahmudov, 72 – Omer Atzili, 9, Tyaron Çeri, 78, 90+6
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77
Baş hakim: Delayod Uilli (Fransa)
“Neftçi”: 30. Aqil Məmmədov, 20. Mərt Çelik, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 11. Harramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 21. İsmayıl Zülfüqarlı, 14. Romen Bask
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 27. Fərid Yusifli
Baş məşqçi: Samir Abasov
“Makkabi”: 44. Coşua Kohen, 5. Boqdan Planiç, 12. Sun Menaşem, 24. Ori Dahan, 25. Yozef Raz Meyr, 4. Ali Mohamed, 7. Omer Atzili, 14. Xose Rodrigez, 16. Mohammad Abu Fani, 10. Tyaron Çeri (k), 21. Din David
Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Strain, 3. Şon Qoldberq, 6. Neta Lavi, 18. Yuval Aşkenazi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 55. Rami Gerşon, 26. Mahmud Jaber, 33. Maor Levi
Baş məşqçi: Barak Baxar

Bakı. “Bakcell Arena”

Etikxeber.az

Read Previous

Yoluxmada azalma, ölüm sayında artım-3614 NƏFƏR VƏ 23 NƏFƏR…

Read Next

Evin-ailənin tək oğlu… Nəşi 2 ay sonra tapılan, Şəhidliyindən 4 ay sonra övladı dünyaya gələn Məhəmməd Məmmədli-SABAH CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR, 27 YAŞI TAMAM OLUR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir