“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ailə təsərrüfatlarının yaradılması qadın sahibkarlar üçün vacib gündəlik ola bilər”-BAHAR MURADOVADAN ÇAĞIRIŞ

İşgüzar mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılmaqdadır.

Etikxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığının inkişafına nail olunmalıdır.

“İlk olaraq hazırda fəaliyyət göstərən sahibkarlar artıq məskunlaşma üçün hazır olan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin tələbatına uyğun layihələri həyata keçirməlidirlər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ailə təsərrüfatlarının yaradılması qadın sahibkarlar üçün vacib gündəlik ola bilər”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Darmadağın edilən əraziləri qısa müddətə bərpa etmək o qədər də asan olmayacaq…”-YAP RƏSMİSİ

Read Next

Hava buludlu və yağmursuz olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir