Qarşıdan bələdiyyələrin və Nazirlər Kabinetinin hesabatları gəlir-PARLAMENTARİLƏR QARŞISINDA

Yeni başlayan yaz sessiyası ərzində Milli Məclisdə (MM) ən azı 5 qurumun hesabatı olacaq.

Etikxeber.az xəbər verir ki, ilk olaraq, qarşıdakı iclaslardan birində bələdiyyələrin hesabatı dinləniləcək.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məlumatı öncə Regional məsələlər komitəsinin iclasına, tövsiyədən sonra plenar iclasın müzakirəsinə çıxarılacaq.

İllik məlumatı-hesabatı Ədliyyə nazirinin Birinci müavini, general Vilayət Zahirov verəcək.

Mart ayında isə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) və hökumətin-Nazirklər Kabinetinin hesabatları olacaq.

Ombudsmanın hesabatı MM-in Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunacaq, sonra plenar iclasa tövsiyə ediləcək.

Parlament qarşısında hesabatla Ombudsaman Səbinə Əliyeva çıxış edəcək.

Nazirlər Kabinetinin hesabatına gəlincə, o, MM-in yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, yəni, mart ayında gerçəkləşəcək.

Hökumət adından hesabatla Baş nazir Əli Əsədov çıxış edəcək.

Hesabatın müzakirəsində bütün hökumət üzvləri, aidiyyatı nazirlər, komitə sədrləri, Mərkəzi Bankın rəhbərliyi və digər şəxslər iştirak edəcəklər.

Aprel-may aylarında isə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun və Hesablama Palatası sədrinin hesabatları dinləniləcək.

Milli Koordinatorun hesabatı əvvəlcə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə olunacaq, sonra plenar iclasa çıxarılacaq.

Plenar iclasda hesabatla Daxili İşlər nazirinin Birinci müavini, general Seyfulla Əzimov çıxış edəcək.

Hesablama Palatasının hesabatı isə öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq.

Tövsiyədən sonra plenar iclasda hesabat dinləniləcək və qəbul ediləcək.

Hesabatla Palatanın sədri Vüqar Gülməmmədov çıxış edəcək.

Etikxeber.az

Read Previous

Gənclərimiz üçün yol xəritəsi-MƏLAHƏT İBRAHİMQIZI YAZIR

Read Next

Səhiyyə nazirinin bütün müavinləri-YENİLƏRİ İLƏ ƏVƏZLƏNDİ – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir