Qasırğa qurbanlarının sayı 18-ə çatdı…

Qasırğa ABŞ-ın Corciya ştatında 2 nəfərin ölümünə səbəb olub.

Etikxeber.az-ın ABC telekanalına istinadən verdiyi məlumata görə, bundan əvvəl Missisipi ştatında 4 nəfər qasırğanın qurbanı olub.

Qasırğa qurbanlarının hamısı Missisipi ştatının fövqəladə vəziyyət elan edilən Hattisberq şəhərinin sakinləri olub. Missisipi ştatında qasırğa ən azı 20 evi dağıdıb, ən azı 4 nəfər xəsarət alıb.

***

ABŞ-ın cənub-şərqində tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Məlumata görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

Corciya ştatının fövqəladə hallar  üzrə agentliyinin nümayəndəsi Ketrin Houdenin sözlərinə görə ,bu gün daha 3 nəfər təbii fəlakətin qurbanı olub.

Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarına yardım göstəriləcəyinə söz verib.

Etikxeber.az

Read Previous

46 yaşlı kişi müalicə olunduğu xəstəxanada intihar etdi

Read Next

Cəbhədə növbəti monitorinq keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir