Qazaxıstanda baş verən iğtişaşlarda ölənlərin sayı açıqlandı-225 NƏFƏR

Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

Etikxeber.az xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayevin bildirdiyinə görə, iştişaşlar nəticəsində 225 nəfər ölüb.

“Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb”– deyə, S. Şalabayev bildirib.

O, əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.

Etikxeber.az

Read Previous

“Rüşvət almıram” deyənlər başqa elə yollar icad edirlər ki…”-FAZİL MUSTAFADAN GƏNC KADRLARA TƏPKİ

Read Next

Zəngilanda zəlzələ baş verdi-ERMƏNİSTANDA HİSS OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir