Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar ölkəmizin Qazaxıstandakı səfirliyində Astana, Almatı və Aktau şəhərlərində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Diplomat qeyd edib ki, məntəqə lazımi əyani vəsaitlərlərlə təmin edilib, məntəqə seçki komissiyasının bir neçə iclası keçirilib, Astana şəhərində 1076, Almatıda 366, Aktauda isə 1473 nəfər konsulluq qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşı ümumxalq səsverməsi, habelə Konstitusiya Aktı layihəsi barədə məlumatlandırılıb.
Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Xarici ölkələrdəki diplomatik missiyaların əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə seçki məntəqələri yaradılıb.
Etikxeber.az