QDİƏT-in Parlament Məclisinin növbəti iclası başlayır – SABAH

Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasına qatılmaq üçün Yunanıstana səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, QDİƏT PM-in növbəti iclası oktyabrın 16-19-da Yunanıstanın Kavala şəhərində keçiriləcək.

İclasda E. Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Eyni zamanda, E.Quliyevin adıçəkilən komitənin iclasında çıxışı gözlənilir.

Etikxeber.az

Read Previous

Gələcək inkişaf ssenariləri nikbin iqtisadi uğurlardan xəbər verir – AYDIN HÜSEYNOV

Read Next

Xanım deputatlar 15 oktyabrdan və son 15 ildən danışdılar…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir