Qırğızıstanda təyyarə qəzasında 37 nəfər ölüb-Matəm elan olunacaq – YENİLƏNİB

“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

Etikxeber.az-ın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya  yerləşdirilib.
Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb.

***

Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq.

Bu barədə isə APA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit  Buranov bildirib. O, səfirlikdə dövlət bayrağının endirildiyini və 17-18 yanvar tarixində səhər və axşam saatlarında səfirlikdə xatirə kitabının açılacağını söyləyib.

Qeyd edək ki, Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb, 7-si uşaq olmaqla, 11 nəfər yaralanıb.

 

Etikxeber.az

Read Previous

Düşmən mövqelərinə cavab atəşi endirilib – MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Valyuta mübadilələsi qaydalarının pozulmasına dair 2 işin istintaqı yekunlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir