Qızılhacılı Şəhidləri Hüseyn Nəsibov və Fariz Qurbanovun “Qara bayramı”nda-MƏZARLARI ZİYARƏT OLUNDU, HƏR İKİ ŞƏHİDİN OCAĞINDA MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-3 mart 2024-cü il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan iki Şəhidin-antiterror Şəhidi, evin-ailənin üç övladından biri, Azərbaycan Ordusunun Əsgəri Hüseyn Əfqan oğlu Nəsibovun və İkinci Vətən Müharibəsi Şəhidi Fariz Məhəmməd oğlu Qurbanovun “Qara bayramı” idi.

Bununla bağlı hər iki Şəhidin ailəsində-ocağında məclis düzənlənmişdi.

Etikxeber.az xəbər verir ki, öncə Şəhid Hüseyn Nəsibovun Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Sonra məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Daha sonra qısa çıxışlar olunub.

Şəhid ailələlərindən Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, hər iki oğlunu Şəhid vermiş-Şəhid qardaşlar Musa və Tural Həsənovların anası Nəhayət Həsənova, tək və subay övladını Şəhid vermiş-Şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərov çıxış edərək, Şəhidin keçdiyi yoldan danışıb, ailəsinə Allahdan səbr və dözüm arzulayıblar.

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə məclis düzənlənib, ehsan verilib, bir daha ruhuna dualar olunub.

Şəhid məzarını ziyarətdə və ailəsinin yaşadığı evdə təşkil edilən məclisdə Goranboy, Naftalan, Qobustan, Şamaxı, Ağsu, Şabran, Mingəçevir, Gəncə, Bərdə, Tərtər və Ağdamdan olan Şəhid ailələri, Qazilər, Şəhidin ailə üzvləri və yaxınları, müəllimlər və məktəblilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, yerli ziyalılar iştirak ediblər.

Eyni zamanda, evin-ailənin tək və subay oğlu, MAXE, İkinci Vətən Müharibəsi Şəhidi Fariz Qurbanovun ocağında yaxınlarının və Qızılhacılıdan olan Şəhid ailələrinin iştirakı ilə məclis təşkil olunub, adına ehsan süfrəsi açılıb.

Hər iki Şəhidin məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsınlar!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır-XİN

Read Next

30 yaşlı Əfsanəvi Xüsusi Təyinatlı, 12 medallı, Goranboylu, Qazi Tural Əliyev-YUBİLEY DOĞUM GÜNÜNƏ DOSTLARI-HƏRBÇİ VƏ DÖYÜŞÇÜ YOLDAŞLARI GƏLİB… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir