Quterreş Rusiya və Ukraynaya-SƏFƏR EDƏCƏK

BMT-nin Baş katibi Antonio Quterreş aprelin 28-də Ukraynaya səfərə gedəcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Baş katibin ofisi məlumat yayıb.

Ofis bildirib ki, Quterreş aprelin 28-də Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Ardınca isə prezident Zelenski tərəfindən qəbul ediləcək. bundan başqa, Quterreş ölkədə çalışan BMT əməkdaşları ilə də görüş keçirəcək.

Qeyd edək ki, Antonio Quterreş aprelin 26-da Rusiyaya səfər edəcək.

Etikxeber.az

Read Previous

“Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi gedir”-EMİN HÜSEYNOV

Read Next

Bu gün sükut günüdür-FRANSADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir