“Rəhim Qazıyev hələ də anlamır ki, “şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş…” – FAZİL MUSTAFA

“Deməli, Rəhim Qazıyev “Təzadlar” qəzetinə müsahibəsində deyib ki, “Mən Fazil Qəzənfəroğlu ola bilmərəm, mənim 75 yaşım var, həmişə də bir sifətim olub.” Məni siyasi mövqeyim, elmi baxışlarım kimlərinsə xoşuna gəlməyə bilər, bunu normal qarşılayıram. Allah, Millət və Vətən qarşısında da alnıaçıq hesabat verəcəyimə əmin olmazsam, bu gün siyasətin içində olmağı özümə həqiqətən rəva bilmərəm. Ancaq bu üz, sifət, həya mövzusunun Rəhim Qazıyev kimi birisinin dilindən səslənməsi mənə xeyli gülməli göründü”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, BQP başqanı Fazil Mustafa öz “Facebook” səhifəsində yazıb.

O, yazıb ki, əmin olduğu bir şey var ki, öz mənasız ömür kitabını adam daha diqqətlə vərəqləsə, o zaman Fazil Qəzənfəroğlu olmağın özü üçün böyük bir şərəf olduğunu dərhal anlardı.

“Bu yerdə nədənsə xatirimə “Nəsimi” filmindəki bir epizod düşdü. Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki: “Hökmdar, bəs mənim şərəfim, ləyaqətim?” Teymurun cavabı həqiqətən ibrətamizdir:

“Sən öz şərəfini, ləyaqətini Əlincə qalasında itirmisən!” İndi bu Rəhim Qazıyev hələ də anlamır ki, “öz şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş” və buna görə “başına güllə çaxmağı unutmuş” birinin “bir sifətdən” danışması nə deməkdir.

Ancaq Rəhim Qazıyevə tövsiyə edirəm ki, özü üçün həmişə qürur yeri olan o “bir sifət”ini möhkəm-möhkəm qorusun, çünki bu millət üçün yüzlərlə and yeri olmaqla yanaşı, hər dəfə islatmaq üçün bu cür xain sifətlərin də olması vacibdir ki, gələcəkdə kimsə şərəfini, ləyaqətini itirib Vətən torpağının alverçisinə çevrilməsin”-deyə, millət vəkili sonra yazıb.

fazil

rehim

Etikxeber.az

Read Previous

Ən qiymətli sırğalar hərraca çıxarıldı – FOTO

Read Next

Bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları ödənişsiz əldə edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir