“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur”-MÜDAFİƏ NAZİRLİYİ

Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralananlar barədə məlumatları gizlətmək məqsədi güdür:

“Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur”.

Etikxeber.az

Read Previous

29 yaşı tamam olan Şəhid Əzəmi Hüseynovun-CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – MƏZARI ZİYARƏT EDİLDİ, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ VƏ…- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Prezidenti Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə-TANIŞ OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir