“Radikallar sosial şəbəkələrdə qarayaxma kampaniyası aparır” – ƏLİ ƏHMƏDOV BU DƏFƏ “İFŞA” ÇAĞIRIŞI ETDİ – FOTOLAR

Avqustun 23-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Etikxeber.az-ın xəbərinə görə,  müşavirədə çıxış edən Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib.

O, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirildiyini və bunun nəticəsində ölkəmizdə əməkhaqlarının, təqaüdlərin və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyən YAP sədrinin müavini partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. YAP-ın böyük gücə və cəmiyyətimizdə yüksək nüfuza malik olduğunu deyən Əli Əhmədov partiyanın siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini söyləyib.

Qeyd edilib ki, sosial-iqtisadi sahədə, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır:

yappp-2

“Hər bir dövlətin həyata keçirdiyi funksiyalar çərçivəsində iki vəzifə fundamental məna və əhəmiyyət kəsb edir. Onlardan biri təhlükəsizliyin təmin edilməsi, ikinci insanların rifahının yaxşılaşdırılmasıdır. Sevindirici haldır ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin ideyalarına sadiqlik, əmin-amanlıq, təhlükəsizlik təmin olunur. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. İndiki halda dünyanın bir çox ölkələrində baş verən qanlı toqquşmalar, fəlakətlər, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir. Bu sərvət ulu öndər Heydər Əliyevin siyasətinin Azərbaycana verdiyi ən böyük nemətlərdən biridir. Prezident İlham Əliyev bu strategiyanı uğurla davam etdirir”.

YAP sədrinin müavini onu da diqqətə çatdırıb ki, partiyanın üzvləri Azərbaycanın uğurlarını ictimaiyyət arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. Çünki müstəqil Azərbaycanın inkişafını və güclənməsini gözü götürməyən dairələr, o cümlədən radikal müxalifət sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar:

“Bu dairələrin əsl niyyətləri Azərbaycan cəmiyyətində ifşa olunmalıdır”.

Etikxeber.az

Read Previous

Səyyad Arandan din xadimlərinə çağırış: “SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏAL OLUN”

Read Next

Əliyev Zelenskini təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir