Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır. Ona görə bu sahə qanunla tənzimlənməlidir”.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri, akademik Rafael Hüseynov deyib.
Komitə sədri deyib ki, Azərbaycanda internet azaddır, amma bu, o demək deyil ki, burada sui-istifadə hallarına yol verilməlidir.
R.Hüseynovun sözlərinə görə, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi tez bir zamanda qəbul edilməlidir.
“Bu qanun layihəsinə ekspertlər müsbət rəy verib. Qanun 4 fəsil, 17 maddədən ibarətdir. Burada reklamın hüdudları da müəyyənləşdirilib”-deyə, komitə sədri sözlərinə əlavə edib.
Komitə sədri eyni zamanda, Azərbaycan telekallarındakı vəziyyətin, onların səviyyəsinin heç də qaneedici səviyyədə olmadığını deyib.
R. Hüseynovun bildirdiyinə görə, telekanallar ailələrə daxil olur və bəzən onların yayımladığı verilişlər, proqramlar maarifləndirmə rolunu oynamaq əvəzinə, həmin ailələrin dağılmasına gətirib çıxarır:
“Ona görə hesab edirəm ki, telekanallar öz efir-proqram siyasətlərinə yenidən baxmalı və burada ciddi dəyişikliklər etməlidirlər”.
Etikxeber.az