Ramiz Mehdiyev istefaya göndərilir?!

“Toy qalmaqalı” və ondan sonra yaranmış xoşagəlməz, gərgin situasiya ilə bağlı akademik Ramiz Mehdiyevin öz vəzifəsindən-AMEA prezidentliyindən getməsi, istefası gözlənilir. Bu, indi də baş verə bilər, bir müddət sonra da. Amma onun getməsi, gedəcəyi birmənalıdır.

Bu haqda Etikxeber.az-a adının çəkilməsini istəməyən və AMEA-ya yaxın olan etibarlı mənbə məlumat verib.

Qeyd edib ki, bəlkə də R. Mehdiyev tərəfindən zamanında üzrxahlıq edilsə və məlum davranışlar, sərt açıqlamalar olmasaydı, vəziyyət bu qədər kritikləşməz və istefaya da ehtiyac qalmazdı.

“Amma bunlar olmadı, yaşanmadı, əksinə, sərt reaksiya, dirəniş nümayiş olundu. Odur ki, vəziyyət uzun müddət bu şəkildə davam edə bilməz və bilməyəcək. Ramiz Mehdiyev istefaya getməli olacaq. Onu da deyim ki, AMEA-nın prezidenti seçki ilə həll olunan bir məsələdir. Ya özü könüllü şəkildə istefa verməli olacaq, ya da onun istefası məsələsi qaldırılacaq, məsələ səsverməyə çıxarılacaq. Səsvermədə, seçkidə də AMEA-nin 70-ə yaxın həqiqi üzvləri, akademiklər iştirak edə bilərlər və iştirak edəcəklər. Bildiyim qədər özü getmək istəmir, amma dediyim kimi, vəziyyət bu cür davam edə bilməz, Mehdiyev tərəfindən demək olar ki, artıq bütün “körpülər” yandırılıb. Ona görə də getməsi labüddür, mütləqdir və lazımdır. Hətta, bildiyim qədər Rəyasət Heyətinin də yaxın günlərdə toplantısı gözlənilir. Orada da bu məsələ müzakirə oluna və müvafiq qərar verilə, yeni prezident seçkilərinə gedilə bilər…”-deyə, mənbə sonra əlavə edib.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyəti prezidentdən, birinci vitse-prezidentlərdən, vitse-prezidentlərdən, Naxçıvan və Gəncə bölmələrinin rəhbərlərindən ibarətdir.

AMEA-nın həqiqi üzvləri isə bunlardır:

Abbasov Əli Məmməd oğlu
Abdinov Cavad Şahvələd oğlu
Abbasov Vaqif Məhərrəm oğlu
Abdullayev Kamal Mehdi oğlu
Axundova Nərgiz Çingiz qızı
Bünyadov Teymur Əmiraslan oğlu
Babazadə Vasif Məmməd Ağa oğlu
Babayev Məhərrəm Pirverdi oğlu
Baxşəliyeva Gövhər Baxşəli qızı
Cəfərov Nizami Qulu oğlu
Cəfərov Təyyar Cümşüd oğlu
Eldarov Ömər Həsən oğlu
Əliyev Ağadadaş Mahmud oğlu
Əliyev Cəmil Əziz oğlu
Əliyev Fikrət Əhmədəli oğlu
Əliyev Telman Abbas oğlu
Əliyev Seyfəddin Vəli oğlu
Əlizadə Akif Ağa Mehdi oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əliquliyev Rasim Məhəmməd oğlu
Əliyev Fuad Yusif oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əlizadə Validə Mövsüm qızı
Fərzəliyev Vaqif Məcid oğlu
Feyzullayev Əkpər Əkbər oğlu
Hacıyev İsmayıl Muxtar oğlu
Həşimov Arif Məmməd oğlu
Həbibbəyli İsa Əkbər oğlu
Hacıyev Asəf Hacı oğlu
Hüseynova İradə Məmməd qızı
Hüseynov Rafael Baba oğlu
İmanov Muxtar Kazım oğlu
Kərimli Teymur Həşim oğlu
Qacar Çingiz Oveys oğlu
Quliyev İbrahim Said oğlu
Qurbanov Fazil Səməd oğlu
Qəribov Adil Abdulxalıq oğlu
Qədirov Fəxrəddin Əbülfət oğlu
Quliyev Hətəm Hidayət oğlu
Mehdiyev Ramiz Ənvər oğlu
Məmmədov Qərib Şamil oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Məhərrəmov Abel Məmmədəli oğlu
Məmmədov Nazim Timur oğlu
Mehdiyev Məhəmməd Fərman oğlu
Məmmədov Pərviz Ziya oğlu
Məmmədov Ramiz Mahmud oğlu
Məcidov Əjdər Əkbər oğlu
Mustafayev Şahin Məcid oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Məmmədov Yusif Əbülfət oğlu
Nağıyev Tofiq Murtuza oğlu
Namazova Ədilə Əvəz qızı
Nağısoylu Möhsün Zellabdin oğlu
Nəhmədov Ənvər Pirverdi oğlu
Paşayev Arif Mir-Cəlal oğlu
Paşayeva Nərgiz Arif qızı
Rizayev Ramiz Həsən Qulu oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Salayev Eldar Yunus oğlu
Salmanov Məmməd Əhəd oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu
Səfərova Zemfira Yusif qızı
Talıbov Tariyel Hüseynəli oğlu
Tağıyev Dilqəm Bəbir oğlu
Vəlixanlı Nailə Məmmədəli qızı
Yusifzadə Xoşbəxt Bağı oğlu

Onu da qeyd edək ki, R. Mehdiyev 2019-cu ilin oktyabrın 23-dən AMEA-nın prezidentidir.

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır-SENTYABRIN 8-DƏN

Read Next

“Anna Akopyan “sülhpərvər”obrazını, terrorçu Akopyan obrazı ilə əvəzləyib”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir