Reklam Agentliyi ləğv edilmədir – DEPUTAT

Deputat Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib.

Etikxeber.az xəbər verir ki, o, çıxışında qeyd edib ki, gənclərin daha çox olduğu yerlərdə, köşklərin önündə sağlamlığa zərərli olan siqaretin reklamı gedir:

“Halbuki açıq məkanda siqaretin, spirtli içkilərin reklamı qadağandır. Bunun qarşısını Reklam Agentliyi almırsa, deməli burada korrupsiya faktı var. Demək ki,onlardan rüşvət alınır. Köşklərin ön şüşələri siqaretlə örtülübsə, bundan böyük reklammı ola bilər? Bu köşklər də məktəblərin yaxınlığında yerləşir. Ümumiyyətlə, reklamların yerləşdirilməsi səlahiyyəti bələdiyyələrə verilməlidir və Reklam Agentliyi ləğv edilmədir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılır…

Read Next

“Gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir