“Rusiya Ukraynanın şərqdəki və cənubdakı şəhərlərini top atəşinə tutmağa davam edir”-BÖYÜK BRİTANİYA KƏŞFİYYATI

Rusiya qüvvələri Ukraynanın şimalından Belarusa və öz ölkəsinə doğru tam geri çəkilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Qeyd olunub ki, çəkilən qüvvələrin ən az bir hissəsi Donbasda döyüşmək üçün Ukraynanın şərqinə göndəriləcək.

“Bu hərbi bölmələrin bir çoxunun Şərqə göndərilmədən əvvəl nəzərəçarpan səviyyədə özünü toplamağa ehtiyacı olacaq və bu səbəbdən onların bu istiqamətdə yerləşdirilməsi ən azı bir həftə çəkəcək”-deyə, məlumatda o da qeyd olunub ki, Rusiya Ukraynanın şərqdəki və cənubdakı şəhərlərini top atəşinə tutmağa davam edir.

Rusiya qüvvələri nəzarəti ələ keçirdikləri strateji əhəmiyyətli İzyum şəhərindən daha cənuba doğru hücuma keçiblər.

Etikxeber.az

Read Previous

Milli maraqlarımıza cavab verən Brüssel görüşü-FATMA YILDIRIMIN YAZISI

Read Next

“Qələbədən daha vacib ləyaqətdir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir