Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyanın Ukraynaya hücumu, bu ölkənin ərazi bütövlüyünü pozması nəticəsində başqa ölkələrə üz tutmaq məcburiyyətində qalan, qaçqın düşən ukraynalıların sayı artıq 400 mini keçib.
Etikxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, ukraynalılar əsasən Polşa, Rumıniya, Moldova və Macarıstana üz tuturlur.
BMT isə artıq qaçqın ukraynalıların sayının 500 minə çatdığını açıqlayıb.
Hazırda ən çox ukraynalı qaçqın qəbul edən ölkə Polşadır.
Təxminən 156 min ukraynalı Polşaya üz tutmaq məcburiyyətində qalıb.
Xarici KİV-lər eyni zamanda, hüçumların, işğal siyasətinin davam edəcəyi təıqdirdə, qaçqın ukraynalıların sayının 7 milyona çata biləcəyini iddia edirlər.
Etikxeber.az