“Rusiyanın Müdafiə Nazirliyinin özünü SSRİ-nin Müdafiə Komissarlığı kimi aparması təəssüf doğurur”-BƏHRUZ MƏHƏRRƏMOV

Müttəfiqimiz Rusiyanın Müdafiə Nazirliyinin özünü SSRİ-nin Müdafiə Komissarlığı kimi aparması təəssüf doğurur. Ola bilsin, son bir ayda baş verənlər fonunda Müdafiə Nazirliyinin rəsmiləri reallıq hissini itirib, amma, bu o demək deyil ki, ard-arda feyk xəbərlər yaymaqla, yaxud, toponimləri ağzını əyərək tələffüz etməklə kimsə Qarabağda nəyisə dəyişə bilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, bütün dünya bu torpaqları Azərbaycanın ərazisi kimi tanıyır, o cümlədən Rusiya Prezidenti Putin bununla bağlı dəfələrlə bəyanat verib.

“İndi Azərbaycan əsgəri də öz torpağındadır, bu gün Fərruxda qərarlaşıb, sabah Xocalıda, o biri gün də başqa istqamətdə mövqe tutmaqda sərbəstdir. Bizim bu ərazilərdəki fəaliyyətimizlə əslində 10 noyabr Bəyanatının icra olunmayan şərtini sülhməramlıların əvəzinə özümüz yerinə yetirməyimiz əslində qarantor kimi həm də Rusiyanı öz milli maraqlarına cavab verir.

Biz həmişə müttəfiqimizə hörmətlə yanaşmışıq, bundan sonra da ehtiramımız sonsuzdur, amma yaxşı olar ki, Rusiya Müdafiə Nazirliyi də müttəfiqlik münasibətlərimizə zidd davranaraq bizə nəsə öyrətmək niyyətindən əl çəkib heç deyilsə öz Ali Baş Komandanının imzasına hörmətlə yanaşmağı öyrənsin”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

NATO-nun gəmiləri Estoniyaya hərbi texnika-ÇATDIRDI

Read Next

Fərrux Qarabağdır, Fərrux Azərbaycandır! Zəfərin mübarək, can Azərbaycan!-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir