Səfir: “Pakistana minnətdarıq, ona görə ki…”

Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Cavid Abbasi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan və Pakistan parlamentlərinin sıx əlaqələrindən söhbət açan səfir iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin yaranmasında qanunverici orqanların önəmli rolunun olduğunu vurğulayıb. O, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, müsəlman aləminə aid dini abidələrin, ziyarətgahların, məscidlərin və digər obyektlərin dağıdılması, insanların təhqirə məruz qoyulması haqqında məlumat verib.

Səfir Xocalı soyqırımını tanıyan Pakistan parlamentinin bu soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmasını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələr qəbul etməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləyib. Diplomat Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəklədiyini bildirib.

M.C.Abbasi iki ölkə arasında tarixi, dini, mədəni bağlılıqların möhkəm olduğunu, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Azərbaycan Milli Məclisi ilə parlamentlərarası əlaqələri daha da genişləndirmək əzmində olduğunu deyib, münasib bir zamanda Bakıya səfər edəcəyini diqqətə çatdırıb.

Xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafından danışan M.C.Abbasi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar, sosialyönümlü layihələrin böyük məmnunluqla qarşılandığını bildirib və təşəkkür edib.

Görüşdə, həmçinin parlamentlərarası münasibətlərin, eləcə də dostluq qrupları arasında əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Seçki məntəqəsində qarşıdurma baş verdi

Read Next

Səsvermə başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir