Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Neçə ildir ki, Belarusun paytaxtı Minskdə orada yaşayan etnik qrupların milli günlərini keçirmək kimi bir ənənə formalaşıb. Açığını demək gərəkirsə, mən Azərbaycanımız qədər tolerant ölkə və bizim qədər tolerant xalq heç harada görmədim. Belaruslar da bu baxımdan bir çoxlarına, özəlliklə də qərbdəkilərə örnək ola bilərlər. Minskdə keçirilən mədəniyyət festivalı özü də elə bir növ onun təsdiqdir”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
Bununla yanaşı, o, qeyd edib ki, belaruslar belə tədbirlərdə bir tərəfdən aralarında yaşayan başqa xalqların mədəniyyətləri, mətbəxləri, adət və ənənələriylə tanış olur, digər tərəfən isə əylənərək istirahət günlərini daha da xoş keçirirlər. Yəni, rusların bir məsəlində deyildiyi kimi, faydalıyla ləzzətlini birləşdirirlər.
Onun sözlərinə görə, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri, sambo və cüdo üzrə 4 dəfə dünya, beş dəfə Avropa çempionu olan, sözün hər anlamında istedadlı soydaşımız Natiq Bağırovun dəvətiylə həmkarı Rasim Musabəyovla həmin tədbirə qatılıblar:
“Maraqlı keçdi. İstedadlı gənclərimizi görüb sevindik ki, onların arasında belarusların yaxşı tanıdıqları və sevdikləri Günəş Abbasovayla Ruslan Aslanovumuz da var.
Məndə həm xoş təəssürat yaradan, həm də … düşündürücü məqamlardan biri də Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviçi orada görməyimiz idi. Zarafat da etdi ki, o da bura bir azərbaycanlı kimi gəlib.
Nikolay Yermolayeviç ölkəmizə həqiqətən də sayğıyla yanaşan, Azərbaycan-Belarus əlaqələrinin genişlənməsində müəyyən xidmətləri olan adamdır. Ancaq o bizim mədəniyyət festivalına azərbaycanlı deyil, belarus kimi gəlmişdi. Ölkəsini ləyaqətlə təmsil edən, hərəkətiylə xalqı haqqında xoş təəssürat yaradan, artıq səfir işləmədiyi halda belə Səfirlik etməyi bacaran bir belarus kimi. Görünür ki, səfirin də keçmişi olmur. Əlbəttə əgər səfir Səfirdirsə, KOZlariç deyilsə…”
Etikxeber.az