Şəhid Milli Qəhrəmanın xatirəsi anılıb

Neftçalada Azərbaycanın Milli Qəhrəmanı, şəhid Samit İmanovun xatirəsi anılıb.

Etikxeber.az  xəbər verir ki, rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimdə ictimaiyyət nümayəndələri, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və gənclər iştirak ediblər.

Mərasim Milli Qəhrəmanın qısa, lakin şərəfli həyat yolundan bəhs edən fotosərgiyə baxışla başlanıb.

Tədbirdə qeyd olunub ki, Samit Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.

Bildirilib ki, Samit İmanov bu il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samit İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlətimizin başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tədbirdə Samit İmanovun ön cəbhədə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olacağı xüsusi vurğulanıb.

Etikxeber.az

Read Previous

Ermənilər atəşkəsi 11 dəfə pozdu

Read Next

Göz yaşlarına hakim ola bilməyən Yıldırm – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir