Şəhid qardaşlardan İslam Əhmədovun bu gün Cənnətdəki ikinci doğum günüdür, 28 yaşı tamam olur-ŞƏHİDLİKLƏRİNİN İKİNCİ İLİNDƏ, SENTYABRIN 28-DƏ YAŞADIQLARI KÜÇƏYƏ ADLARININ VERİLMƏSİ GÖZLƏNİLİR… – FOTOLAR – YENİLƏNİB -(1)

Bu gün səhər saatlarında Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən, əslən Goranboylu Şəhid qardaşlardan İslam İlqar oğlu Əhmədovun Cənnətdəki ikinci doğum günü ilə bağlı məzarını və ocağını ziyarət etdik…

Goranboylu Şəhid ailələri və Qazimizlə birlikdə öncə Şəhidin-Şəhid qardaşların Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət etdik, sonra isə “Günəşli” yaşayış massivindəki ocağına, ev-muzeyinə, tək-tənha yaşayan anaları Sevinc Əhmədovaya baş çəkdik…

Həm məzar(lar)ı önündə, həm də ev-muzey(lər)ində ruhlarına dualar etdik, ruhları qarşısında baş əydik, anaları Sevinc xanıma Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun! Hər ikisinin də ruhları şad olsun! Nur içində yatsınlar”-dedik…

Hər iki övladını eyni gündə Şəhid vermiş və eyni gündə Əbədiyyətə uğurlamış tək-tənha, kimsəsiz, Dərdli, Yaralı, həm də Qəhrəman, Dik duruşlu Sevinc xanımla bir xeyli söhbətləşdik, dərdləşdik…

Təsirləndik, duyğulandıq, kövrəldik, göz yaşlarımıza sahib ola bilmədik…

Yenə də və yenə də sözlərin, kəlmələrin bitdiyi an, yer idi…

Qeyd edək ki, Şəhid İslam Əhmədovun bu gün 28 yaşı tamam olur…

O, 1994-cü ilin sentyanr ayının 19-da, sadə bir ailədə dünyaya gəlib…

İki övlad, iki qardaş olublar…

Atalarını çox vaxtsız itiriblər və anaları Sevinc xanım onlara həm ata, həm ana olub…

Onları minbir əzab-əziyyətlərlə böyüdüb boya-başa çatdırıb…

İslam ali təhsilli, Əli isə nişanlı olub…

Hər iki qardaş həm də Azərbaycan Ordusunda hərbçi-MAXE kimi fəaliyyət göstəriblər…

İkisi də eyni gündə, ancaq başqa saatlarda, başqa yerlərdə Şəhidlik məqamına ucalıblar…

İkisi də eyni gündə, sentyabrın 28-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıblar…

Şəhidliklərindən sonra bır sıra medallarla təltif olunublar…

Anaları Sevinc xanım isə övladlarına ali ordenlərimizdən birinin verilməsini, eyni zamanda, Şəhid qardaşların ev-muzeyinin dövlət qeydiyyatına alınmasını istəyir və tələb edir…

Hər iki məsələnin də müsbət həlli ilə bağlı aidiyyatı qurumlar və şəxslərdən cavab gözləyir…

İnanmaq və ümid etmək istərdik ki, gec də olsa, Şəhid qardaşların anasının hər iki istəyi, tələbi nəzərə alınacaq və müsbət həllini tapacaq…

Yaralı, Dərdli anaya az da olsa, təsəlli olacaq, təsəlli veriləcək…

Onu da qeyd edək ki, Şəhid qardaşların qarşıdan Şəhidliklərinin ikinci ili gəlir və sentyanrın 28-də yaşadıqları küçəyə onların adlarının verilməsi gözlənilir…

Bir daha məkanları cənnətlik, məqamları Uca olsun!

12:02

***

FOTOLAR:

12:12

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ukraynadakı vəziyyət bir daha masada-QUTERREŞLƏ BORRELL VƏZİYYƏTİ MÜZAKİRƏ ETDİLƏR VƏ…

Read Next

Şəhid ailəsindən olan, atasını vaxtsız itirən, tək övladının-Uğurunun üzünü doyunca görməyən Şəhid-SABAH 25 YAŞI TAMAM, CƏNNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ OLACAQ HƏSƏN ƏKBƏROV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir