Şəhidimiz torpağa tapşırıldı

Oktyabrın 5-də Ermənistanın cəbhədə atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Məmmədov Sahil Sabir oğlu bu gün dəfn edilib.

Etikxeber.az  xəbər verir ki, şəhid S. Məmmədov anadan olduğu Bərdə rayonunda torpağa tapşırılıb.

Şəhidlə vida mərasimi doğulduğu Soğanverdilər kəndində təşkil olunub.

Mərasimə Müdafiə Nazirliyinin zabitləri, şəhidin döyüş yoldaşları, Bərdə rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Yaylım atəşindən sonra şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  Ermənistanın yenidən cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə başladığı haqda məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Nazirlik bildirib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Etikxeber.az

Read Previous

Əliyevlə Əliyeva “Qızılgül bağı”nda oldu – YENİLƏNİB – FOTOLAR

Read Next

“Bank Standard” müflis elan edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir