“Şəhidimizin atası və anasına başsağlığı verəndə “Vətən sağ olsun”, dedilər” – DEPUTAT

“Ön cəbhədə şəhid olan qardaşımız Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonunda dəfn edildi. Əziz şəhidimizin dəyərli atasına və anasına başsağlığı verəndə “Vətən sağ olsun”, dedilər”.

Etikxeber.az xəbər verir ki, bunu Tovuzdan olan millət vəkili Qənirə Paşayeva deyib.

O. qeyd edib ki, bu cür dəyərli ata və analarımızın qarşısında baş əyirik.

Şəhidimiz nur içində yatsın. İnşallah qanı yerdə qalmayacaq.

Şəhidimizin əziz ailəsinə isə Allahdan səbr diləyirik. Nur içində yatsın şəhid qardaşımız!”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Daha bir əsgərimiz şəhid oldu

Read Next

Qənirə Paşayeva Türkiyənin baş naziri və tanınmış ziyalıları ilə görüşdü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir