“Şəhidlər öz qanı ilə tarix yazıb…Şəhidlərimizi unutmuruq və heç vaxt unutmayacağıq!”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Torpaq uğrunda ölən varsa vətəndir! Ölkə ərazisinin bütövlüyü uğrunda gedən döyüşlərdə-Birinci və İkinci Vətən Müharibəsində qusarlılar qəhrəmancasına vuruşaraq 105 şəhid verib, o cümlədən, göstərdikləri xüsusi igidliyinə görə, iki nəfər Milli Qəhrəman adına layiq görülüb. Şəhidlər öz qanı ilə tarix yazıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov dilə gətirib.

Qeyd edək ki, Novruz bayramı günlərində millət vəkili Qusardakı Şəhidlər Xiyabanını və Şəhid Kərim Hüseynovun məzarını ziyarət edib.

“Şəhidlərimizi unutmuruq və heç vaxt unutmayacağıq!”-deyən millət vəkili qeyd edib ki, Qusar rayonunun Piral kəndindən İkinci Vətən Müharibəsində iştirak etmiş və igidliklə Şəhid olmuş Hüseynov Kərim Tərlan oğlunun məzarını və valideynlərini də ziyarət edib.

“Şəhid ailəsini narahat edən məsələləri ilə maraqlandıq və şəhid ailələrinə və qazilərə olan dövlət dəstəyi haqqında danışdıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, hamısının yaxınlarına səbr versin!”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Seçicilərlə ünsiyyət mənim üçün prioritet təşkil etməkdədir…”-DEPUTAT – NÖVBƏTİ ONLAYN GÖRÜŞDƏ NƏLƏR HAQQINDA DANIŞILDI?

Read Next

AŞPA-nın yaz sessiyası-HİBRİD FORMATDA BAŞ TUTACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir