“Səbuhinin bədənində hələ də 30-a yaxın qəlpə var…”-DEPUTAT

Ön cəbhədə həyatını təhlükəyə ataraq, yaralı əskərlərimizə tibbi yardım göstərərkən yaralanan gənc həkim Səbuhi Xammədov ilə danışdım, səhhəti ilə maraqlandım. Səbuhinin bədənində hələ də 30-a yaxın qəlpə var.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. o, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub”-deyən millət vəkili qeyd edib ki, F. İbrahimli ilə əlaqə saxlayaraq təltiflər münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

“Həmçinin, Biləsuvarın fəxri, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan Əkbərov Ənvər Nadir oğlunun ailə üzvləri ilə danışdım, yüksək təltiflərə görə təbrik təbriklərimi çatdırdım. Qeyd edim ki, Ənvər Əkbərov “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qardaşıdır.

Eyni zamanda, ön cəbhədə həyatını təhlükəyə ataraq, yaralı əskərlərimizə tibbi yardım göstərərkən yaralanan gənc həkim Səbuhi Xammədov ilə danışdım, səhhəti ilə maraqlandım. Səbuhinin bədənində hələ də 30-a yaxın qəlpə var, müalicəsi davam edir. Allah şəfa versin!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Füzuli rayonunda minaya düşən mülki şəxs-VƏFAT ETDİ – YENİLƏNİB

Read Next

Bolqarıstanın Baş naziri İlham Əliyevi ölkəsinə-SƏFƏRƏ DƏVƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir