Şəhid Əli Rzayevin ailəsinin yaxın vaxtlarda mənzillə təminatı həyata keçiriləcək-ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir və ölkəmizdə hər bir şəhid ailəsinin, o cümlədən Vətən müharibəsinin şəhidi Rzayev Əli Nəsib oğlunun ailəsinin sosial müdafiəsi, dəstəklə əhatə olunması üçün işlər aparılıb və hazırda da davam edir. Mingəçevir şəhərində yaşayan ailə şəhidin anası, həyat yoldaşı və azyaşlı övladından ibarətdir.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Etikxeber.az-a daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, a

iləyə şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik sığorta ödənişi (11000 manat) ödənilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Əli Rzayevin ailəsinə Prezidentin aylıq təqaüdü (500 manat), şəhidin həyat yoldaşı və uşağına ailə başçısını itirməyə görə aylıq pensiya (591 manat), şəhidin övladına aylıq müavinət təyin edilib və hər ay ödənişləri davam edir.

Şəhid Əli Rzayevin ailəsi də bu ilin mart ayında mənzillə təmin edilmək üçün də qeydiyyata alınıb. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz uçota alındıqdan qısa zaman, hətta bir neçə ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların mənzillə təminatı həyata keçirilir.

Bu ilin əvvəlindən mənzillə təmin edilənlər sırasında 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri də vardır. Şəhid Əli Rzayevin ailəsinin də yaxın vaxtlarda mənzillə təminatı həyata keçiriləcək.

“YAŞAT” Fondu tərəfindən şəhidin anasına 2905,7 manat, şəhidin həyat yoldaşı və uşağına 2691,4 manat məbləğində maddi yardımlar da edilib. Onların bu ilin iyun ayında Gəncə Müalicə Diaqnostika Mərkəzi və “Dokta” MMC-də müalicə xərcləri qarşılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhidin anasına psixoloji dəstək də göstərilib”-deyə, məlumatda sonra qeyd olunur.

Qeyd edək ki, Şəhid Əli Rzayevin anası və həyat yoldaşı Mingəçevirdə olduqca şəraitsiz bir yataqxanada yaşayırlar.

Şəhidin xanımı Gülü Rzayeva dəfələrlə vəziyyətlərinin, yaşayış-mənzil durumlarının çətin olması ilə bağlı həm sosial şəbəkələr, həm də mətbuat, o cümlədən Etikxeber.az vasitəsi ilə öz narazılıqlarını dilə gətirib.

Məsələni bundan sonra da diqqətdə saxlamaqda davam edəcəyik

Etikxeber.az

Read Previous

“Xalqımızın başına gələnlər sübut etdi ki, Azərbaycan xalqı düz yol tutub, bu yolu şərəflə qoruyub və əsrlər boyu qoruyacaq…”-ZİYAD SƏMƏDZADƏ 1991-Cİ İLƏ EKSKURS ETDİ VƏ… – (MÜSAHİBƏ)

Read Next

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib…”-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir