Ailənin tək oğlu, 5 medallı, Şəhid Əyyub Süleymanovun Cənnətdəki ikinci ad günü: 21 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub Rasim oğlu Süleymanovun doğum günüdür.

Əyyub Süleymanovun bu gün 21 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əyyub Süleymanov 2001-ci ilin 9 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

2019-cu ildə hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib.

Və 2020-ci ilin noyabr ayında, müharibənin başa çatmasına bir neçə gün qalmış Laçın rayonu istiqamətində döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 4 noyabr tarixində Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Əyyub həm də subay olub.

00:00

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzlüb, ruhuna dualar oxunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Cəbrayıllı, Bərdəli, Kürdəmirli, Bakılı Şəhid ailələri, din xadimləri, Qazilər, hərbçilər, Cəbrayıl rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçirilib, adına ehsan verilib.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar edilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

İlahilər, dini mahnılar, Vətənə, Şəhidlər həsr olunmuş şeirlər ifa olunub.

Məqamı Uca, məkanı cənnətlik, mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

12:05

***

FOTOLAR:

12:30

***

14:10

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Putinə niyə-ZƏNG ETDİ?

Read Next

İnkişafın, islahatların 11 aprel 2018-ci il dönəmi-KAMİLƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir