“Şəhid ailələrinə, Qazilərə, Vətən Müharibəsi iştirakçılarına diqqət və qayğı, həssas münasibət Azərbaycan dövlətinin prioritet istqamətlərindəndir… Diqqət, həssas münasibət dünən də olub, bu gün də var, sabah da, gələcəkdə də olacaq…”-ELDƏNİZ SƏLİMOV YAZDI

Şəhidlər, Şəhid ailələri, Qazilər, Birinci və İkinci Vətən Müharibəsinin qəhrəmanlıq Dastanı yazan İgidləri hər birimizin baş tacı, qürur, fəxr mənbəyidir.

Onlara diqqət, qayğı, həssas münasibət kimliyindən asılı olmayaraq, hər birimizin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu və vəzifəsidir.

Xüsusilə də, Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə, Qarabağ savaşı iştirakçılarına hörmət və ehtiram, diqqət və qayğı Ulu Öndərimizin ikinci hakimiyyəti dönəmindən başlayaraq, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 illik iqtidarlığı dövründə Azərbaycan dövlətinin əsas, prioritet istiqamətlərindən olub və olmaqdadır.

Hər zaman Azərbaycan dövləti, ikinci müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyev, onun siyasətinin layiqli, uğurlu davamçısı, Qalib Sərkərdə cənab İlham Əliyev və dövlət başçısının ən yaxın, ən sadiq silahdaşı, dünyanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə, Qazi ailələrinə, bütövlükdə Vətən Müharibəsi iştirakçılarına diqqət, qayğı, ehtiram, həssas münasibət göstərilib, bu gün də göstərilməkdədir.

Bir an olsun belə, onlar unudulmayıb, diqqətdən kənarda qalmayıb, saxlanılmayıb.

Şəhid ailələrinin, Qazilərin, Vətən Müharibəsi iştirakçılarının müavinətlərlə, güzəştlərlə, imtiyazlarla təmin olunması, onların mənzil, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mütəmadi və ardıcıl addımların atılması deyilənlərin əyani təsdiqi və sübutudur.

Demək olar ki, son illərdə hər ay, hər həftə neçə-neçə Şəhid ailəsi, Qazi ailəsi evlərlə, mənzillərlə, minik avtomobilləri, o cümlədən, iş yerləri ilə təmin edilirlər.

Şəhid, Qazi ailələri üçün tikilən çoxmənzilli yaşayış binlarının, şəhərçiklərin açılışlarında dəfələrlə ölkə Prezidenti və Birinci xanım iştirak edib, öz xeyir-dualarını veriblər.

İkinci Vətən Müharibəsindən, tarixi 44 günlük Zəfərimizdən, Qələbəmizdən sonra isə bu istiqamətdə atılan addlmların sayı-hesabı isə demək olar ki, yoxdur.

YAŞAT Fondunun, Qarabağ Dirçəliş Fondunun yaradılması, bununla bağlı, ölkə Prezidentinin müvafiq Fərman və Sərəncam imzalaması bir daha Azərbaycan dövlətinin öz vətəndaşının, onun həssas təbəqəsinin-Şəhid ailələrinin, Qazilərin, ümumilikdə Vətən Müharibəsi iştirakçılarının yanında olmasının, onlara nə dərəcədə böyük önəm verməsinin növbəti əyani təcəssümüdür.

Başqa cür də ola bilməz, mümkün də deyil, bunlar ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insapərvərliyinin, xeyirxahlığının, müqəddəs hisslərlə yaşamasının, ali dəyərlərə sahib olmasının göstəricisidir.

Konkretləşdirməli olsaq, ölkə Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan YAŞAT Fondu əslində cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən YAŞAT könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.

Fondun vəsaiti də Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Qeyd etdiyimiz kimi, Qazi və Şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir.

Bununla yanaşı, Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Ən önəmli və diqqətçəkən məqamlardan biri də odur ki, Fondun işinin təşkili “ASAN xidmət”də çalışan Şəhid ailələrinin üzvləri və Qazilərə həvalə olunub. Bunun özü də Şəhid ailələrinə və Qazilərə verilən dəyərin, dövlət siyasətinin göstəricisidir.

Eyni zamanda, ölkə Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.

Bəli, qeyd etdiyimiz kimi, dövlət hər zaman vətəndaşının yanındadır və bir daha vurğulamaq gərəkir ki, tarixi Qələbə unudulmaz Şəhidlərimizin, Qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Eyni zamanda, Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.

Bununla belə, hərbçilərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir. Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Qazi və şəhid ailələrinə də qayğı sistemli xarakter daşıyır. Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, Şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub və sair.

Bəli, bütün bunlar bir daha onu göstərir və bir daha onun əyani təsdiqidir ki, Azərbaycanda bütün kateqoriyadan olan insanlara, xüsusilə də, Şəhid ailələrinə, Qazilərə, Qazi ailələrinə, Vətən Müharibəsi iştirakçılarına daimi diqqət və qayğısı, içdən gələn həsas münasibəti var, ortadadır, mövcuddur.

Bu diqqət və qayğı, bu həsas münasibət dünən də olub, bu gün də var, sabah da, gələcək də olacaq.

Onlar indiyə qədər olduğu kimi, bundan sonra da hər zaman diqqət və qayğı ilə əhatələnəcəklər.

Allah bir daha Şəhidlərimizə rəhmət etsin, bir daha Yaralılalıarımza, Qazilərimizə şəfa versin!

Allah dövlətimizi, Uca millətimizi, müstəqil-can Azərbaycanımızı, Liderimiz cənab İlham Əliyevi və ailəsini qorusun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Qələbələr, Zəfərlər bizimdir, Qələbələr, Zəfərlər də bizim olacaq!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Toy mərasimi keçirənlər cərimələndi- BU DƏFƏ OĞUZDA

Read Next

“Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi…”-ƏLİYEV ÖZARALI “DOSTLUQ” ORDENİ İLƏ TƏLTİF ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir