Əfsanəvi Xüsusi Təyinatlı, Şəhid Devran Naibovun qardaşının-TOYU OLDU – FOTOLAR – YENİLƏNİB

Bu gün-günorta saatlarında Bərdə rayonunun “Nəqşicahan” şadlıq sarayında Şəhid qardaşının toy mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən, əfsanəvi Xüsusi Təyinatlılardan olan “Azərbaycan Bayrağı” ordenli Devran Naibovun (Nayıbovun) iki qardaşından biri-Rüstəm Naibovun (Nayıbovun) toy mərasimi baş tutub.

Toy mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndilib.

Eyni zamanda, hərbi-vətənpərvərlik ruhunda mahnılar ifa edilib.

Rüstəm Naibovun (Nayıbovun) valideynləri-Şəhid anası Xuraman xanım və Şəhid atası Fazil Naibov (Nayıbov) məclis iştirakçılarına, qonaqlara öz minnətdarlıqlarını ifadə edib, hər bir kəsə gözəl günlər, övlad toyu görməyi diləyiblər.

Yüzlərlə insanın, qonağın-Şəhid ailələrinin, Qazilərin iştirak etdiyi gözəl gündə, toy mərasimində çıxışlar edilib, Şəhid qardaşına və onunla dünya evinə, nikaha daxil olan həyat yoldaşına bir ömür boyu xoşbəxtlik, bəxtəvərlik arzulanıb.

Məclisdə həmçinin, bir-birindən gözəl mahnılar ifa edilib, musiqilər səsləndirilib.

Toy mərasimi 5 saatdan çox davam edib.

19:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2020-ci ildə erməni terroru zamanı 12 uşaq həlak olub-XİN

Read Next

Aybəniz Haşımova Şövkət Ələkbərovaya həsr etdiyi möhtəşəm gecədə-ŞƏHİD AİLƏLƏRİNİ BİR ARAYA GƏTİRDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir