Şəhid qardaşlardan ən azı biri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülsün!-TƏKLİF

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində 4 ailə iki övladını-iki övladımızı, iki İgidimizi Şəhid verib…

Onlar Mingəçevirdən olan və könüllü şəkildə müharibəyə gedən Musa və Tural Həsənovlar, Ağdam rayonunun Çullu kəndindən olan, eyni gündə doğulan və eyni gündə Şəhid düşən Tacir və Nazir Allahverdiyevlər, Lerik rayonundan olan-məşhur çoban Xanışın nəvələri Elgün və Altay Mövlanovlar, yenə də Mingəçevirdən olan şəhid qardaşlar Əli və İslam Əhmədovlardır…

Əli ilə İslamın da eyni gündə Şəhidliyi xəbəri gəlib…Daha doğrusu, Şəhid qardaşlardan biri dəfn olunarkən, digər qardaşın nəşı gətirilib…

Digər Mingəçevirli Şəhid qardaşlardan biri-Tural Tapdıq oğlu Həsənov haqqında isə uzun müddət xəbər almaq mümkün olmayıb, Şəhidliyi yalnız 69 gündən sonra təsdiqlənib və “Zəfər paradı”ndan bir gün əvvəl, 9 dekabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib…

Şəhid qardaşlardan ancaq Musa və Tural Həsənovlar ailəli olublar…

Turalın iki İgid oğul balası, Musanın isə iki Gözəl qız övladı bizlərə, Vətənə əmanət qalıb…

İgidlərimiz, Şəhidlərimiz Ali Baş Komandan tərəfindən ölümlərindən sonra medallara layiq görülüb…

Ancaq çox istərdik-istərdim ki-bu, mənim şəxsi arzum və təklifimdir-,Şəhid qardaşlarla bağlı növbəti addım atılsın…

Şəhid qardaşlardan ən azı biri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülsün…

Bu, onların Haqqıdır…

Bu, həmçinin, iki Şəhid vermiş, iki Oğul itirmiş aiələlərə də bir təsəlli olardı…

İnanıram və inanmaq istəyirəm ki, bu, belə də olacaq, təklifim reallaşacaq.

Allah Şəhid qardaşlar da daxil olmaqla, cəmi nur üzlü Şəhidlərimizə rəhmət etsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub…”-DEPUTAT ŞƏHİD HİKMƏT MƏMMƏDOVDAN YAZDI

Read Next

Tarif Şurası bu dəfə-SUYUN QİYMƏTİNİ BAHALAŞDIRDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir